Prezident İtaliyanın sabiq baş nazirini qəbul etdi

1 Oktyabr 2014 11:55 (UTC+04:00)

AzNews.az–ın məlumata görə, prezident İ. Əliyevin İtaliyaya uğurlu səfərini maraqla izlədiyini deyən E. Letta ölkəmizin İtaliyada həyata keçirdiyi humanitar layihələrin əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı İtaliyaya səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Prezident İ. Əliyev səfər zamanı ölkələrimiz arasında qəbul olunan strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin önəmini vurğulayıb.

Görüşdə Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışılıb, ölkələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində Forumun önəmi qeyd olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


AzNews.az