Sabaha olan hava - Proqnozu

1 Oktyabr 2014 12:14 (UTC+04:00)
sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində havanın tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.

Şimal-qərb küləyinin gün ərzində güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-17, günün birinci yarısında 20-23, axşama doğru 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə sabah yağış yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Bəzi rayonlarda qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.