Davudoğlu: “Türkiyə regionda sabitliyin bərqərar edilməsi üçün səy göstərir“

17 Sentyabr 2012 13:01 (UTC+04:00)
Rəsmi Ankara Yaxın Şərqdə, Balkan yarımadasında və Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi üçün mümkün olan hər şeyi edir. Bu barədə bazar ertəsi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Nazirin sözlərinə görə, Türkiyə bu regionların inkişafına yönəlik cəhdlər göstərir. "Yaxın Şərq, Balkan və Cənubi Qafqaz ölkələrinin inkişafı ilə rəsmi Ankara regional qüdrət sahibi olacaq", - Davudoğlu bildirib.

AzNews.az