Sumqayıtda yaşlı kişi oturduğu yerdə öldü
1 Oktyabr 2014 14:28 (UTC+04:00)
FaktXəbər-in məlumatına görə, təxminən 65-70 yaşlı kişinin qəfildən ürəyi sıxılmağa başlayıb. Ətrafdakıların köməyi ilə stulda əyləşdirilən kişi təcili yardım gələnə kimi artıq dünyasını dəyişib.
Şahidlərin bildirdiyinə görə, dünyasını dəyişən kişinin yanında bir qız uşağı da olub. Ondan nəyi olduğunu soruşublar. "Nəvəsi", - deyə cavab verib. Həmin qız uşağı kişinin cibindən telefon və pulunu götürərək, kənarda kiminsə gəlməyini gözləyirmiş.