İraqda bu il 12 min insan öldü

1 Oktyabr 2014 19:59 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, BMT-nin İraqdakı missiyası hesabatında keçən ay ərzində 854 mülki və İraq təhlükəsizlik qüvvələrinin 265 üzvünün həlak olduğunu bildirib.

2014-cü ilin ilk doqquz ayı əzrində isə təxminən 12 min insanın öldürüldüyü deyilir. Bu, təxminən keçən iki il ərzində itkilərin sayı qədərdir.

Ölüm hallarının İŞİD terrorçu qrupunun İraqın şimal və qərb hissələrini ələ keçirməsi nəticəsində baş verdiyi bildirilir. İyun ayında İraq ordusunda itkilərin sayı 900 olaraq göstərilib.

ABŞ İraq hökumətinin maraqlarının qorunması məqsədilə İŞİD terrorçu qrupuna qarşı hava hücumları keçirməyə başlayıb.

AzNews.az