“Zorakılığı təbliğ edən saytlar bağlanacaq” - Putin
1 Oktyabr 2014 20:27 (UTC+04:00)
"
AzNews.az xəbər verir ki, bunu prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının milli internetin fəaliyyətinə həsr olunmuş iclasında bildirib.
"Biz internetdə total nəzarət qurmaq, interneti dövlətdən asılı vəziyyətə qoymaq, internetə çıxışı, insanların, təşkilatların və biznesin informasiya sahəsində qanuni maraqlarını məhdudlaşdırmaq niyyətində deyilik", - deyə Putin əlavə edib.
Putin Rusiya internetinin təhlükəsizliyi və sabitliyinin təmin edilməsini mühüm vəzifə adlandırıb.
O, Rusiyada zorakılıq və ekstemizmi təbliğ edən saytların bağlanacağını vəd edib.
Prezidentin sözlərinə görə, daha bir problem Rusiya internet resurslarına kompüter hücumlarının getdikcə artması ilə bağlıdır.
"Bu cür hücumların intensivliyi mövcud beynəlxalq şəraitdən asılı olaraq dəyişir", - deyə Rusiya prezidenti qeyd edib.
Putin bildirib ki, bu problemlə əlaqədar dövlət strukturlarının istifadə etdiyi resursların müdafiəsinə xüsusi diqqət ayrılmalıdır.
Bundan əvvəl Vedomosti qəzeti öz mənbələrinə istinadən Rusiya hökümətinin ölkəni qlobal internetdən təcrid etmək planlarını nəzərdən keçirdiyini bildirmişdi.
Prezident Putinin mətbuat katibni Dmitri Peskov həmin məqalə ilə bağlı, hökümətdə belə bir niyyətin olmadığını vurğulamışdı.
AzNews.az