“Ebola”dan ölənlərin sayı- 7178

1 Oktyabr 2014 22:24 (UTC+04:00)



AzNews.az-ın musavat.com-a istinadən məlumatına görə, virus infeksiyası nəticəsində ölənlərin sayı artıq 3338 nəfərə, yoluxanların sayı isə 7178 nəfərə çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında deyilir.

Sentyabrın 26-da Beynəlxalq Valyuta Fondu Ebola virusu ilə mübarizə üçün Qvineya, Liberiya və Syerra-Leone dövlətlərinin hər birinə 41 milyon dollar ayırıb.

Beynəlxalq səylərə baxmayaraq, hələ ki, infeksiyanı lokallaşdırmaq mümkün olmur. Virus əleyhinə effektli zərdab axtarışları da hələlik ciddi nəticə verməyib.

AzNews.az