Elçibəyin arxivi itir - Açıqlama

2 Oktyabr 2014 07:43 (UTC+04:00)

Bu barədə məlumatı AzNews.az-a sabiq-prezidentin qayını Mirmöhsün Mahmudov verib. O, bildirib ki, arxiv materialları toplansa da, heç bir yerə verilməyib: "Bir müddət əvvəl Elçibəyin ev muzeyinin yaradılacağı ilə bağlı eks prezidentin qardaşına Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov söz versə də, hələ ki, heç bir iş görülməyib".

Mirmöhsün Mahmudov məsələ ilə bağlı yenidən hansısa aidiyyəti quruma müraciət etməyəcəklərini bildirib: "Bu gün belə şeylərə əhəmiyyət verən yoxdur. Arxiv İdarəsindən də heç bir səs çıxmayıb. Desələr də heç nə etmirlər. Sənəddir də durub evində. O qədər kasetləri, çıxışları var ki, hamısı evindədir. Bütün arxivə getsə belə, Allah bilir nə olacaq".

Gültəkin ƏLƏSGƏR