“Qarabağ”ın flaşmobu yayıldı - VİDEO

2 Oktyabr 2014 07:48 (UTC+04:00)
Komandamız Heydər Əliyev adına beynəlxalq hava limanında xoş sürprizlə qarşılaşıb. Azarkeşlər gözlənilmədən flaşmob keçirərək futbolçularımızı İtaliyaya xoş əhval-ruhiyədə yola salıblar.

AzNews.az həmin video görüntünü oxuculara təqdim edir.

Qeyd edək ki, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən yeganə təmsilçimiz "Qarabağ" da bu gün İtaliya nəhənglərindən olan "İnter"lə növbəti matçına çıxacaq.
"Cüzeppe Meattsa" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.




Xəyal Əzizov
AzNews.az