İŞİD Kobaniyə yaxınlaşır – 150 min kürd Türkiyəyə qaçdı

2 Oktyabr 2014 08:02 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Suriya İnsan Hüquqları Observatoriyası bildirib.

Xəbərdə deyilir ki, İD yaraqlıları Kobaniyə yaxınlaşır.

Bu məlumatlar oktyabrın 2-də yayılıb. Bir gün öncə ABŞ-ın başçılıq etdiyi qüvvələr Kobanini mühasirəyə almış İD yaraqlılarına azı 5 hava zərbəsi endiriblər. 150 mindən çox kürdün isə Türkiyəyə qaçdığı deyilir.

Observatoriya əlavə edib ki, İD yaraqlıları Kobani yaxınlığında üçü qadın olmaqla, 9 kürd döyüşçüsünü tutub və başını kəsib.


AzNews.az