Merkel Putinə səsləndi – Separatçılara təzyiq göstərin

2 Oktyabr 2014 08:07 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Almaniya kansleri Angela Merkel yayıb.

Xəbərdə deyilir ki, Merkel bunu oktyabrın 1-də Putinlə telefon söhbətində deyib.
Almaniya hökumətinin sözçüsünün məlumatına görə, liderlər Ukraynada hər gün zorakılıq baş verməsindən narahatlıq bildiriblər. Merkel qeyd edib ki, Ukrayna ilə Rusiya arasındakı sərhədin monitorinqi aparılmalıdır və ATƏT-in bunda böyük rolu olub: "Almaniya ATƏT-in Ukraynadakı missiyasına dəstəyini davam etdirəcək və Donetsk və Luqansk regionlarında planlaşdırılan yerli seçkilərdə mühüm rol oynaya bilər".

Öncə NATO-nun baş katibi Jens Stoltenberg isə bildirib ki, Ukraynada atəşkəs bir imkandır, ancaq Rusiya hələ də bu ölkədə sabitsizlik yaratmaq gücündədir.


AzNews.az