Məşhur azərbaycanlı avtoritet azadlıqda

2 Oktyabr 2014 09:03 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Qafqazinfo-ya daxil olan məlumata görə, Rafiq Eyvazov bir neçə gün əvvəl Masallıda toy mərasimində də iştirak edib. Avtoritetin yanında kriminal nüfuzlu şəxslərin olduğu da bildirilir.

Qeyd edək ki, 2013-cü ildə "Rafiq Masallinski" Nəsimi rayonu ərazisində saxlanılmışdı. "Bandotdel"in keçirdiyi əməliyyat nəticəsində üzərinə baxış zamanı ondan sandıqçasında 5 ədəd patron olan "Makarov" tipli tapança aşkar edilərək götürülmüşdü.

Xatırladaq ki, o, əslən Masallıdan olan tanınmış və mərhum "qanuni oğru" Məmməd Hüseynovun ("Masallı Mamed") sağ əli olub.