Hacıbala Abutalıbovdan Respublika Prokurorluğuna şikayət edildi

17 Sentyabr 2012 13:34 (UTC+04:00)
Bakı meri Hacıbala Abutalıbovun sərəncamına əsasən yeni mənzillərə köçürülmələri nəzərdə tutulan, ancaq hələ də qəzalı vəziyyətdəki binada yaşayan sakinlər Respublika Prokurorluğuna müraciət edib.

Bu barədə məlumatı AzNews.az-a sakinlərdən ibarət komissiyanın sədr müavini Hafiz Xanquliyev verib.

Xətai rayonu, Cavanşir 38 ünvanındakı 4 saylı yataqxananın sakinləri prokurorluğa müraciətlərində 160 ailənin köçürülməsinin nəzərdə tutulduğunu, lakin yalnız 80 ailənin köçürüldüyünü bildirərək, məsələ ilə bağlı araşdırmaya ehtiyac olduğunu vurğulayıblar. Sakinlər məsələdə yeyinti hallarının olduğunu iddia edir.

E.Əlosmanqızı
AzNews.az