Prezident: “Azərbaycana qarşı işğalçı siyasət aparılır“

2 Oktyabr 2014 09:42 (UTC+04:00)


AzNews.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, bu işğal nəticəsində torpaqlarımızın 20 faizi ermənilər tərəfindən zəbt edilib: "Bir milyondan artıq soydaşlarımız məcburi köçkün vəziyyətinə düşüb və bizə qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib ki, yüzlərlə günahsız insan o soyırımın qurbanı olub. Xocalı soyqırımını soyqırım kimi 10-dan çox ölkə rəsmi şəkildə tanıyıb".