Azərbaycanda qanlı gün: 9 ölü, 14 yaralı

2 Oktyabr 2014 10:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Baş Dövlət Yol Polis İdarəsindən anspress-ə bildiriblər.

Xəbərdə deyilir ki, hadisə Səngəçal körpüsünün üstündə baş verib. Hadisə zamanı 12 yaşlı qız dünyasını dəyişib. Ölən şəxsin kimliyi araşdırmalardan sonra məlum olacaq.
Bundan başqa, Xəzər rayonunda 35 yaşlı naməlum kişi avtomobil tərəfindən vurulub. Hadisə nəticəsində piyada ölüb.

İdarədən verilnə məlumata görə, ümumiyyətlə dünən respublika ərazisində 26 yol qəzası baş verib.

Baş verən yol qəzalarında 9 nəfər ölüb, 14 nəfər yaralanıb.