Çexiya səfirliyi ilə görüş keçirildi

2 Oktyabr 2014 10:45 (UTC+04:00)


Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Nazir müavini hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləməsini və ikitərəfli əlaqələrin sürətlə inkişaf etməsini məmnunluqla ifadə edib.

Görüşdə səfir "Hot&Cold. Drinking glasses and porcelain from Central Europe" adlı sərginin təşkilinə nazirlik tərəfindən kömək göstərilməsini arzulayıb.

Nazir müavini sərginin təşkilinə mümkün köməyi göstərəcəklərini bildirib.