“Əli Kərimli reallığı bilən siyasətçi deyil” – Müsavatdan açıqlama

2 Oktyabr 2014 11:00 (UTC+04:00)


G.Aslanlı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Müsavatı real müxalifət olmamaqla bağlı ittiham etmək yolverilməzdir: "Yer məsələsinə görə uman yerdən küsərlər anlayışını əsas götürərək Əli Kərimli ilə razılaşmaq olar. Biz yer azlığına görə heç bir partiyanı dəvət etməmişik. Funksional əməkdaşlıq etdiyimiz partiyalardan da heç kimi dəvət etmədik. Qonaqlar məsələsi müzakirə olunarkən qərara alındı ki, AXCP-ni dəvət etsək, gərək digərlərini də çağıraq. Buna görə də yerin və vaxtın az olduğunu, qonaqlara vaxt ayıra bilməyəcəyimizi nəzərə alaraq heç kimi çağırmadıq. Təsəvvür edin, qonaq çağırırıq, amma ona çıxış üçün yer vermirik. Buna görə Müsavat Partiyasını ittiham etmık yolverilməzdir. "Bizi çağırsaydılar, yer ayırsaydılar pis olmazdı" kimi açıqlamalar olsaydı, bunu həll etmək olardı. Amma bizi dəvət etməyiblər və real müxalifət deyillər kimi ittihamlar özünü real müxalifət adlandıran partiyanın rəhbərinə uyğun gəlmir. Çünki Müsavat Partiyasının real müxalifət olduğunu danmaq Azərbaycanda reallığı bilən siyasətçi təsiri bağışlamır. Bizim yetkililər heç zaman heç yerdə "AXCP real müxalifət deyil" deyə ifadə işlətməyib".

Başqan müavini qeyd edib ki, AXCP ilə müttəfiqliyə hazırdırlar: "Biz AXCP-yə vaxtilə müttəfiqlik sazişi təklif etdik. Yeni başqan Arif Hacılı da yenə də AXCP-ə müttəfiqlik sazişi ilə müraciət etməyə hazır olduğunu bildirib. AXCP-ni real müxalifət qüvvəsi hesab edirik. Onların bizim haqqımızda söylədiklərinin yanlış və qərəzli olduğunu düşünürük".