“Forum - Azərbaycan prezidentinə inamın göstəricisidir”

2 Oktyabr 2014 11:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri bu gün Bakıda keçirilən 4-cü Humanitar Foruma münasibət bildirən millət vəkili Musa Qasımlı deyib.

"Azərbaycan günü-gündən inkişaf etməkdədir, ölkəmiz artıq regionun lider dövlətinə çevrilib. Bu kimi tədbirlərin ölkəmizdə keçirilməsi beynəlxalq birliklərin Azərbaycana olan etimadının bariz nümunəsidir. Bu tədbiri, həmçinin Azərbaycan prezidentinə dünyada olan inamın və etimadın göstəricisi kimi də adlandırmaq olar."

Xəyal Əzizov