“Başıbağlı stüardessalar dövrü“ başlayır

17 Sentyabr 2012 13:43 (UTC+04:00)
Misirdə başıbağlı televisiya aparıcılarından sonra indi də təyyarə stüardessaları baş örtüyü taxmağa başalayırlar. Misir Hava yollarında çalışan Masiye Abdulhadinin sözlərinə görə, stüardessalar 1990-cı ildən baş örtüyü taxmaq istəyiblər.

Lakin rəsmilər onlara "Hüsnü Mübarəkin arvadı Suzan Mübarək başını bağlamır. Siz necə baş örtüyü istəyə bilərsiniz?", dediklərini bildirib. Misir Mülki Aviasiya naziri Semir İmbebi tətil keçirən stüardessalar ilə toplantı keçirdiklərini və baş örtüyü qadağasının aradan qaldırıması istiqamətində qərar qəbul etdiklərini bildirib.

Stüardessaların bu istəklərini yenidən dilə gətirmələrinə səbəb isə misirli televizya aparıcısının efirə başıbağlı çıxması olub.

AzNews.az