Sabah hava necə olacaq?

2 Oktyabr 2014 12:52 (UTC+04:00)


Havanın temperaturunun gecə 13-15, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 03-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 03-05-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli havaların üstünlüyü bəzi insanlarda diskomfort hissi yarada bilər.


AzNews.az