Prezident Türkmənistan Baş nazirinin müavini ilə görüşdü

2 Oktyabr 2014 15:53 (UTC+04:00)


AzNews.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub.

Xəzəryanı ölkələrin dövlət başçılarının bir neçə gün əvvəl Həştərxanda keçirilən Sammitinin regional əməkdaşlıq baxımından əhəmiyyəti vurğulanıb.

Əlaqələrin inkişafında hökumətlərarası birgə komissiyanın rolu xüsusi qeyd edilib.
Söhbət zamanı iqtisadiyyat, nəqliyyat, investisiya qoyuluşu sahələrində yaxşı perspektivlərin olduğu diqqətə çatdırılıb, bu sahədə səylərin gücləndirilməsinin önəmi vurğulanıb.