“Qarabağ” iki qolla məğlub oldu - VİDEO

3 Oktyabr 2014 07:08 (UTC+04:00)


AzNews.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən yeganə təmsilçimiz "Qarabağ" da İtaliyada "İnter"lə növbəti matçına çıxıb və 0-2 hesabı ilə uduzub.

Oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov məğlubiyyətə üzülmədiyini bildirib: "Bəzi epizodlarda çoxlu səhvlərə yol verdik. Məğlubiyyətə yox, futbolçuların elədiyi səhvlərə üzülürəm. Əvvəllər hansısa nəticə üçün oynayırdıqsa, bu gün öz oyunumu sərgiləməyə çalışırıq. Nəticə barədə düşünsəydik, ancaq müdafiədə oturardıq. Bir neçə şansımız oldu. Təəssüf ki, bundan yararlana bilmədik".

Qurbanov daha sonra deyib: "Bu gün Avropanın adlı-sanlı klubuna qarşı oynadıq. Amma səhvlər imkan vermədi. Futbolçular verilən tapşırığı yerinə yetirsələr, nəticə özü gələcək. İndi rəqibin 6 xalı var. Bu gün zirvədə olmağa layiqdir. Qarşıdakı oyunlarda bu gün buraxdığımız səhvlərə yol verməməliyik".

"İnter"in baş məşqçisi Valter Matsari çətin və güclü komandaya qarşı mübarizə apardıqlarını vurğulayıb: "Artıq bəzi futbolçularımız meydana çıxa bilməmişdilər. Palasio, Ernanes kimi futbolçular yorgun idilər. Onlar növbəti oyunlarda bizə kömək edə biləcəklər. Komandamın yaxşı oynadığını düşünürəm. Bütün görüşlərdə qələbə qazanmalıyıq. Biz növbəti mərhələyə keçməkdə iddialıyıq. "Qarabağ"ın "Sent-Etyen"lə görüşünü izləmişəm. Çox bəyənmişdim. Bu gün komandanız yaxşı oynadı. "Qarabağ" mərhələ adlaya bilər. Hətta qrupda ikinci yeri də tutmağı bacarar. Qarabağın işğal olunduğunu bilirdim. Amma bu barədə geniş danışmaq istəmirəm. Hər bir komandanın öz üslubu var. "Qarabağ"ı A seriyasının hansısa klubu ilə müqayisə edə bilmərəm".

2 oktyabr
Avropa Liqası, qrup mərhələsini II turu
00:05. "İnter" (İtaliya) - "Qarabağ" (Azərbaycan) 2-0
Qol. D.Amborssio,18,M. İkardi,85
Hakimlər: Aleksey Kulbakov, Dmitri Juk, Andrey Getsikov, Oleq Maslyanka (Belarus)
Milan. "Cüzeppe Meatsa" stadionu




AzNews.az