421 gənc xaricdə təhsil hüququ qazandı

17 Sentyabr 2012 14:43 (UTC+04:00)
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bu tədris ilində 421 nəfər azərbaycanlı gənc təhsil almaq hüququ qazanıb.

Bu barədə məlumatı AzNews.az-a Təhsil Nazirliyindən verilib. Nazirliyin məlumatına görə, Dövlət Proqramı üzrə təhsil alan tələbələrin sayı ümumilikdə 1204 nəfərə çatıb.

Hazırda Dövlət Proqramı çərçivəsində 23 ölkənin 200-ə yaxın universitetində 825 nəfər azərbaycanlı tələbə təhsil alır. Tələbələrin böyük əksəriyyəti tibb, mühəndislik, iqtisadiyyat və idarəetmə, informasiya və kommunikasiya texnologiyaları sahələri üzrə oxuyur. Dövlət Proqramı çərçivəsində təhsil alan 322 nəfər isə artıq təhsilini başa vurub.

Ümumilikdə isə Dövlət Proqramı və digər mənbələr hesabına hazırda 10700 nəfər azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində müxtəlif ixtisaslara yiyələnirlər.

E.Əlosmanqızı
AzNews.az