Cəbhədə atəşkəs yenə pozuldu

3 Oktyabr 2014 08:23 (UTC+04:00)


Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Qızıl Oba, Çaylı, Göyarx, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.


AzNews.az