19 yaşlı gənc intihar etdi

3 Oktyabr 2014 09:43 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Ucar rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə oktyabrın 2-dən 3-nə keçən gecə şəhərin Səməd vurğun küçəsi, ev 29-da qeydə alınıb.

1995-ci il təvəllüdlü şəhər sakini İsgəndərov Firudin Artur oğlu özünü yaşadığı evin həyətindəki qoz ağacından asaraq intihar edib. İntiharın səbəbi Ucar Rayon Prokurorluğu tərəfindən araşdırılır.