Binəqədidə avtomobil aşdı, sürücü öldü

3 Oktyabr 2014 09:58 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Elçin Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili səkiyə vuraraq aşırıb. Nəticədə özü hadisə yerində ölüb, avtomobildəki sərnişin, 1983-cü il təvəllüdlü Qoşqar Quliyev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.