“Ədəbiyyat qəzeti”nə yeni işçilər gətiriləcək – Azər Turan

3 Oktyabr 2014 10:26 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında "Ədəbiyyat qəzeti"nin yeni baş redaktoru Azər Turan deyib.

Onun fikrincə, rəhbərlik edəcəyi qəzet Azərbaycan ədəbiyyatının adına layiq olmalıdır: "Düşünürəm ki, "Ədəbiyyat qəzeti"ndə daha çox ciddi yazılara ehtiyac var, çünki bu mətbu orqan Azərbaycan ədəbiyyatında öndə dayanır. Biz çalışacağıq ki, bu qəzetin səhifələrində Azərbaycan ədəbiyyatı layiqincə işıqlandırılsın. Mən istəyirəm ki, incəsənət sahəsinin bütün şəxsləri bu qəzetdə təbliğ olunsun".

Azər Turan onu da əlavə edib ki, "Ədəbiyyat qəzeti"ndə yeni işçilərə ehtiyac olacaq.
Xatırladaq ki, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Elçin Hüseynbəyli bir neçə gün öncə tutduğu vəzifədən istefa verib.


Bahar RÜSTƏMLİ
AzNews.az