Əlillərə və şəhid ailələrinə şad xəbər

3 Oktyabr 2014 11:08 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.

Xəbərdə deyilir ki, hazırda bu təbəqələrdən olanlar üçün Tərtər, Beyləqan və İmişli rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda 4 mərtəbəli 36 mənzilli, gözdən əlil şəxslər üçün isə Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış evləri inşa etdirilir.

Cari ilin ötən dövründə ƏƏSMN-nin sifarişi ilə ölkənin müxtəlif regionlarında inşa olunmuş binalarda ümumilikdə 172 mənzil əlil və şəhid ailələrinin istifadəsinə verilib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən 2014-cü ilin 1 yanvarınadək mənzil növbəsinə götürülmüş Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illərdə mərhələli şəkildə mənzillərlə, o cümlədən kənd rayonlarında fərdi evlərlə təmin olunması həyata keçiriləcək.


AzNews.az