Zaur Baxşəliyev yeni ampluada

17 Sentyabr 2012 15:59 (UTC+04:00)


AzNews.az xəbər verir ki, "Azad Azərbaycan" Teleradio Yayım Şirkətində yeni mövsümün ən maraqlı telelayihələrindən biri olan "Ümid Var" bu gündən efirdədir. İndiyədək müxtəlif reytinqli layihələrin aparıcısı kimi tanınan Zaur Baxşəliyev "Ümid Var"da fərqli ampluada efirə çıxıb.

İlk efir günündə zorakılığa məruz qalan azyaşlı uşaqların problemi müzakirə edilib. Ölkə teleməkanında ilk dəfə zərərçəkənlə, qarşı tərəf müzakirələrə cəlb olunub. Studiyaya gələn qonaqlar arasında millət vəkili Hadı Rəcəbli, xalq artisti Habil Əliyev, eləcə də ƏƏSM nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri və mövzu ilə əlaqədar fəaliyyət göstərən QHT sektorunun əməkdaşları, Ağsaqqallar Şurasının nümayəndəsi iştirak edib.

Layihənin rəhbəri Nəmənd Rüstəmov əməkdaşımızla söhbətində bildirib ki, "Ümid Var"da hər günün öz qəhrəmanı və mövzusu olacaq. Problemlər isə mütəxəssislərlə birlikdə müzakirə ediləcək. Onun sözlərinə görə, tamaşaçılar hər gün saat 17:00-dan 19:00-dək Zaur Baxşəliyevi yeni ampluada görəcəklər.

Əminə
AzNews.az