Qulu Məhərrəmli dillə bağlı həyəcan təbili çaldı
3 Oktyabr 2014 13:19 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Dil Qurumu İctimai Birliyinin bu gün keçirilən tədbirində teletənqidçi, Dilçilik İnstitutunda Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib.
Onun fikrincə, dilin inkişafı üçün aidiyyəti qurumlarla yanaşı hər bir vətəndaş çalışmalıdır:
"Bu gün ölkədə Azərbaycan dilinə münasibətdə iki cəhət özünü göstərir. Biri şəhərin mərkəzində Azərbaycan dilində danışmağı özünə rəva bilməyən dirnaqarası rusdillilər, digəri də bir az ucqarda kənd yerlərində dili sevən, amma dilin zənginliyi barədə az məlumatlara malik vətəndaşlar. Bu gün Bakıda yaşayan sadə vətəndaşlardan tutmuş, yüksək cinli məmurlara kimi dilə qarşı çox ögey münasibət müşahidə olunur. Eyni zamanda mətbuatın dilə biganə münasibəti, hətta yazıçıların da dilə laqeydliyi, onu inkişafa yox, geriyə dartması çox ciddi problemdir. İnsanlarda dilə sevgi olmasa, bu dili inkişaf etdirmək mümkün olmayacaq. Baxmayaraq ki, bu məsələ ilə bağlı Prezidentin sərəncamından sonra çox ciddi işlərə başlanılıb".
AzNews.az