Ekspertiza meyitin Həsən Həsənova aid olduğunu təsdiq etdi

3 Oktyabr 2014 13:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Modern.az-a ermənilər tərəfindən öldürülən Həsən Həsənovun qardaşı Nail Həsənov bildirib: "Meyit bizə veriləcək. Sabah onu Binəqədi qəbristanlığında dəfn edəcəyik".

Qeyd edək ki, əslən Cəbrayıl rayonundan olan Həsən Həsənov işğal altəndakı Kəlbəcər rayonunda erməni yaraqlıları tərəfindən öldürülüb.

Onunla birlikdə Kəlbəcərə dədə-baba yurdunu ziyarətə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev isə hələ də erməni girovluğunda saxlanılır.