Üç deputat qızına toy edir

3 Oktyabr 2014 13:23 (UTC+04:00)


"Qafqazinfo" xəbər verir ki, başı toya qarışanlar arasında tanınmışlar da var. Belə ki, gələn həftə Milli Məclisin 3 deputatı qızına toy edir. Oktyabrın 6-da millət vəkili Rafael Cəbrayılov, 10-da Fəzail İbrahimli, 14-də isə xanım millət vəkili Jalə Əliyeva qızına toy edir.

Onların kimlərlə quda olması haqda hələ ki, bilgimiz yoxdur. Azərbaycanda adətən yüksək vəzifəli şəxslər öz ətrafı ilə quda olur.

"Qafqazinfo" toy edənlərdən biri Jalə Əliyevanın qızı Müjganla bağlı bəzi məlumatlar əldə edib. Millət vəkilinin 1990-cı il təvəllüdlü qızı Tibb Universitetində təhsil alıb.