FHN-dən radioaktiv material açıqlaması

3 Oktyabr 2014 15:37 (UTC+04:00)


AzNews.az trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Hüseynov bildirib.

Onun sözlərinə görə, Azərbaycan bütün iri beynəlxalq tədbirlərdə bu məsələni qaldırır: "Ermənistandakı "Metsamor" atom elektrik stansiyasının köhnəlməsi və olduqca təhlükəli zonada yerləşməsi də daim dünya ictimaiyyətinin diqqətinə çatdırılır".

V.Hüseynov qeyd edib ki, bu, Azərbaycan və bütün region üçün təhlükə törədir.