Lerikdə ev yandı

3 Oktyabr 2014 18:28 (UTC+04:00)


AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, Lerik rayonu, Barzavu kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 162 kv.m olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları və damına yığılmş 5 ton olan ot bağlamasının 2 tonu yanıb. Evin və ot bağlamasının qalan hisssəsi yanğından mühafizə olunub. Yanğın saat 14:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az