Bərdədə ağır yol qəzası- 4 yaralı (Fotolar)

3 Oktyabr 2014 18:48 (UTC+04:00)



"Qafqazinfo"nun məlumatına görə, rayonun Şirvanlı kəndində baş verən qəzada "VAZ 2107" markalı avtomobil idarəetmeni itirərək ağaca çırpılıb.

Qəza zamanı avtomobildə ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.

Onlardan sürücü Şamil Məmmədli, sərnişinlər Nigar Məmmədli, 2 yaşlı Asiman və 4 yaşlı Şəhriyar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Yerli polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

AzNews.az