“VAZ 2106” “VAZ 2107” toqquşdu- xəsarət alanlar var (FOTOLAR)

3 Oktyabr 2014 20:14 (UTC+04:00)


APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun, Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz istiqamətində hərəkət edən 27-BG-021 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil Quba rayonu istiqamətində hərəkətdə olan 57-BM-469 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "VAZ 2107"nin sürücüsü, 1975-ci il təvəllüdlü Orucov Etibar Nadirşah oğlu, onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Orucova Xoşqədəm Vahid qızı və onların 10 yaşlı oğlu Azər müxtəlif bədən xəsarətləri alıb. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

AzNews.az