Britaniyalı girovun atası İŞİD-ə müraciət etdi- VİDEO
3 Oktyabr 2014 20:56 (UTC+04:00)
"Ailəmiz İŞİD-lə əlaqəyə çıxmağa çalışır ki, Conla bağlı vacib məlumatı paylaşsın" – hazırda xəstəxanada olan Pol Kentli bildirib.
Jurnalistin atası qeyd edib ki, hələlik qruplaşmadan reaksiya gəlməyib.
Qeyd edək ki, Con Kentli bir müddət əvvəl videomüraciətində bildirmişdi ki, 2012-ci ilin noyabrında girov götürülüb. O, girov düşməzdən əvvəl Böyük Britaniyanın qəzet və jurnallarında, o cümlədən, "Sunday Times", "Sun" və "Sunday Telegraph"da çalışıb.
AzNews.az