“Qarabağ“ asan rəqib deyil“ - “İnter“in futbolçusu

4 Oktyabr 2014 07:04 (UTC+04:00)


AzNews.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri İtaliya "İnter"inin futbolçusu Yute Naqatoma "Qarabağ"la oyun (2:0) haqda danışarkən deyib.

İtaliya mətbuatına açıqlama verən yarımmüdafiəçi qələbə qazansalar da heç də ürəkaçan çıxış etmədiklərini etiraf edib:

"Razıyam, müdafiə xəttimizdə çatışmazlıqlar var. Amma bundan əvvəlki uğursuzluqlarda tək müdafiə xəttinin yox, bütün komandamızın səhvi var. "Qarabağ"la oyunda da müəyyən səhvlərə yol verdik. "Qarabağ" həmin səhvlərə görə bizi cəzalandıra bilərdi. İkinci hissədə isə artıq oyunumuzu tapdıq və qələbəni təmin etdik".


AzNews.az