Cinayət təsdiqləndi: separtçıların jurnalistlə - Gizli səs yazısı

4 Oktyabr 2014 10:18 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı səs yazısında qondarma Donetsk Xalq Respublikasının baş naziri Zaxarçenko və Rusiyanın RTR telekanalının əməkdaşı Poddubnının danışdığı əks olunub.

Qondarma respublikanın baş naziri rusiyalı jurnalistə zəng vuraraq Qızıl Xaç Cəmiyyətinin əməkdaşını öldürdüklərini bildirib və əlavə edib ki, bu hadisə Ukrayna ordusunun atdığı fosfor bombasının səbəb olduğunu kimi işıqlandırılmalıdır.

Rusiyalı jurnalist də öz növbəsində qondarma baş nazirdən ehtiyyatlı olmağını istəyib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Qızıl Xaç cəmiyyətinin nümayəndəsi Kristalin Qeorgevoy Donetskdə faciəvi şəkildə həlak olub.




Xəyal Əzizov
AzNews.az