“Ya menyudan qoyun ətini çıxarın, ya da artistlik etməyin” – Cəlil Cavanşir

4 Oktyabr 2014 10:20 (UTC+04:00)
qoç ətindən bişən dolmanı sarımsaq qatıqla həzmrabedən keçirən, qoyun ətini mətbəxinin vazkeçilməzi hesab edən dəyərli vətəndaşlarımız forsla Qurban bayramına etiraz edir, "məni qoyun şəklində tag eləməyin, bayram təbriki yazmayın" deyib ədəbaz statuslar yazırlar".

AzNews.az xəbər verir ki, bunu gənc yazar Cəlil Cavanşır ölkədə Qurban bayramına sosial şəbəkələrdə etiraz statusları yazanlara cavab olaraq bildirib.

Yazıçı hesab edir ki, bu cür statuslar məntiqsiz və dindar kəsimə hörmətsizlikdir: "Bir qeyri-müsəlman kimi bu bayramı qeyd etmirəm, amma bu bayrama "qoyun qətliamı" kimi də baxmıram. Bilirəm, hamınız əsəbi, marjinal, fərqli düşüncəli, qoyunların kəsilməsinə qəlbən üzülən heyvansevər, incə ruhlu vətənpərvər, ateist, deist, anti-islamçısınız. Amma ölkədə bu dinə inanan səmimi insanlar üçün şərait yaradın bayramın dadını çıxarsınlar.
Ya menyunuzdan, qida rasionunuzdan qoyun ətini çıxarın, ya da artistlik edim camaatın "mazgisini" xarab eləməyin.
Hər gün minlərlə insanın qətlə yetirildiyi dünyada başı kəsilən qoyunlar kimin kimə lazımdır...
İmkan verin insanlar qoyun-quzudan kəsib kasıb-kusuba paylasın, bununla öyünsün, fəxr eləsin, sevinsin.
Belə fərqli vətəndaşlarsınız, gedin kitab oxuyun, filmə baxın. Bu tətili dəyərləndirin".

AzNews.az