Qəbələ zəlzələsi ilə bağlı - rəsmi açıqlama

4 Oktyabr 2014 10:49 (UTC+04:00)


Bunu APA-ya açıqlamasında AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, zəlzələdən sonra bu vaxta kimi 80-nə qədər afterşok qeydə alınıb və onların hamısı zəif olub: "Bir-iki gün ərzində afterşoklar dayanmışdı. Enerji toplanıb. Bu gün səhər baş verən zəlzələ də həmin ərazidə enerjinin toplanması nəticəsində yaranan afterşoklardan biridir. İki gün ərzində afterşoklar dayandığı və enerji toplandığı üçün daha güclü təkanlar baş verib. Bu zəlzələ birincidən güclü olmayıb və ola da bilməz, bölgə üçün xas olan ən güclü zəlzələ ocaqda 6-7 bal gücündədir".