Fəhlə faciəvi şəkildə can verdi
4 Oktyabr 2014 11:22 (UTC+04:00)
Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsində qeydə alınıb. Şəki şəhər sakini Yusif Malikli fəhlə işlədiyi mənzildə quraşdırılmış dayağın qırılması nəticəsində yıxılaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.