Son 6 ay ərzində 38 nəfər ölüb - Texnogen hadisələrdə

4 Oktyabr 2014 11:54 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Fövqəladə Hallar Nazirliyi yayıb.
Xəbərdə deyilir ki, 2014-cü ilin ilk yarımilliyi ərzində Azərbaycanda ümumən 4845 təbii və texnogen hadisə baş verib. Onlardan 63-ü təbii, 4782-si isə texnogen mənşəli olub. Bu isə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1021 hadisə və ya 27% çoxdur.Ölüm və xəsarət faktlarının hamısı texnogen mənşəli hadisələr zamanı qeydə alınıb. İnsan tələfatının qarşısının alınması istiqamətində görülən tədbirlər nəticəsində 7 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub.

Qeyd edək ki, ötən 2013-cü ilin analoji dövründə ölkədə 3824 təbii (69) və texnogen (3755) hadisə baş vermişdi. Onlardan 69-u təbii, 3755-i isə texnogen mənşəli olmüşdu. Hadisələr nəticəsində 46 nəfər ölmüş, 65 nəfər xəsarət almışdı. İnsan tələfatının qarşısının alınması istiqamətində görülən tədbirlər nəticəsində 4 nəfər xilas edilmiş, 63 nəfər təxliyə olunmuşdu.


AzNews.az