Qurbanlığı 1 kilometr sürüdülər- VİDEO

4 Oktyabr 2014 18:23 (UTC+04:00)
Sivasda qurbanlıq buğalardan biri qaçıb. Heyvan maşın yoluna çıxaraq şəhərin mərkəzinə tərəf qaçmağa başlayıb. Lakin qurbanlığın sahibləri onu bir küncə sıxışdıra bilib. Hadisə yerinə Bələdiyyənin Heyvanların mühafizəsi xidmətinin əməkdaşları çağırılıb. Onlar buğaya tüfənglə sakitləşdirici iynə vurublar. Daha sonra isə heyvanı traktorun arxasına ayağından bağlayaraq kəsiblər. Heyvan təxminən 1 kilometr traktorun arxasından asılı vəziyyətdə qaçdığı mağazaya gətirilib.

Bu isə sakinlərin etirazına səbəb olub. Sakinlər yerli bələdiyyənin qarşısına gələrək etiraz ediblər.

Tepki çeken görüntü: Kurbanlığı böyle taşıdılar cumhuriyet
Anspress