Həcc ziyarəti zamanı 130 zəvvar öldü

5 Oktyabr 2014 16:38 (UTC+04:00)

APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, ən çox ölüm halı - 14 hadisə - Misirdən gəlmiş zəvvarlar arasında qeydə alınıb. Bundan başqa, İraq, Əlcəzair, Sudan, Mərakeş, Somali, Yəmən, İordaniya və Mavritaniyadan gəlmiş zəvvarlar Həcc ziyarəti zamanı müxtəlif səbəblərdən keçinib.

Məlumata görə, daha 213 zəvvar hazırda Səudiyyə Ərəbistanın xəstəxanalarında müalicə alır.

Qeyd edək ki, Həcc ziyarətinə bu il ərəb ölkələrindən, ümumilikdə, 265 min zəvvar gəlib.

AzNews.az