Qurbanlıq saxtakarlığı- VİDEO

5 Oktyabr 2014 17:56 (UTC+04:00)

ANS TV-nin məlumatına görə, paytaxt Bakıda və Bakı ətrafı rayonlarda 23 məntəqədə yarmarkalar təşkil olunub. Yarmarkalardan cəmi 8-də Türkiyədən sınaq məqsədilə gətirilən 8 mobil kəsim sexi, onların yaxınlığında isə qurbanlıq heyvanların müvəqqəti saxlanması məqsədilə çadırlar quraşdırılmışdı. Amma nədənsə, bəzi yarmarkalarda, çadırların yanında mobil kəsim sexlərini görə bilmədik.

Təşkil olunmuş bəzi yarmarkalarda quraşdırılmış çadırların içi boş idi. Çadırların içərisində isə qiymət löhələri gizlədilib.

Qoyunları saxlamaq üçün qurulan çadırların boş, kənarlarında isə qurbanlıqların saxlanılması və kəsilməsi bizdə təəcüb yaratdı. Qurbanlıq qoyunların nəyə görə çadırlarda saxlamırsınız sualına isə cavab verən tapılmadı. Məlum olan bir şey var idi. Kənarda satılan qoyunlar çadırlarda satılmalı olan qurbanlıqlardan 50-60 manat baha idi. Əgər bu qoyunlar çadırda satılsaydı, o zaman onların qiyməti standart uyğun 90-95 manata olmalı idi. Qiymət fəqinə baxmayaraq, yarmarkalarda alıcıların sıxlığını müşahidə etdik.

"Qurbanlıq qoyun almışam. Elə burda da pulsuz kəsirlər. Kəsdirib aparacam evə" – deyə alıcı Şakir Yusifov dedi.

Qurbanlıqları mobil kəsim sexlərində kəsdirənlər də az deyildi. Kənardan fərqli olaraq, burada antisanitariya qaydalarına riayət olunur. Burada heyvan kəsildikdən sonra, onun tullantıları üçün xüsusi yerlər də ayrılıb.

Qurban bayramının ən böyük özəlliyi kəsilən qurbanlıqların 7 qapıya, kasıb insanlara pay verilməsidir.

Allah kəsilən bütün qurbanları qəbul, niyyətlərinizi hasil etsin.



AzNews.az