İŞİD Türkiyə sərhədindəki strateji şəhəri ələ keçirdi- FOTOLAR
6 Oktyabr 2014 18:58 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bunu Kobani şəhərinin rəsmisi İdriss Nassan BBC-yə bildirib.
Xəbərdə deyilir ki, İslam Dövlətinə məxsus bayraq Kobaninin şərq hissəsində dalğalanıb.
İdriss Nassan vurğulayıb ki, şəhərin üstündəki strateji Mistenur təpəsi artıq İD nəzarəti altındadır.
Qeyd edək ki, son üç gün ərzində Kobanidə şiddətli döyüşlər intensivləşib. Suriyalı kürdlər şəhəri müdafiə etməyə çalışırlar.
ABŞ qüvvələri İD mövqelərinə hava zərbələri endirərək onları ləngitməyə çalışıb.
İD döyüşçüləri üç həftədən çoxdur ki, şəhəri mühasirəyə alıb. Hücum başlayandan sonra əksəriyyəti kürdlər olan 160 000-dən çox suriyalı sərhədin o biri tərəfinə qaçmalı olub.
İD həmçinin Ayn al-Arab kimi tanınan şəhəri ələ keçirsə, Suriya-Türkiyə sərhədi tamamilə bu qurumun nəzarəti altında olacaq.



AzNews.az