Mişel Platini Braziliyanın hədiyyə verdiyi saatı geri qaytardı
6 Oktyabr 2014 19:41 (UTC+04:00)
Onun sözlərinə görə, Platini saat məsələsini bitmiş hesab edir.
Xəbərdə deyilir ki, keçən ay Platini saatı geri qaytarmayacağını, onun əvəzində 26 min dolları xeyriyyəyə verəcəyini demişdi və vurğulamışdı ki, bu saatlar FİFA-nın icraiyyə komitəsinin bütün üzvlərinə bağışlanıb.
Qeyd edək ki, Braziliyada futbol üzrə Dünya Kubokunda Braziliya Futbol Federasiyası 65 hədiyyə bağlaması düzəltmişdi və Braziliya Federasiyası FİFA-nın İcraiyyə komitəsinin üzvlərinə, Dünya Kubokunda oynayan 32 ölkənin federasiya rəhbərlərinə, Cənubi Amerika Konfederasiyası üzvlərinə hərəyə bir bağlama vermişdi. Bağlamada qiyməti 26 min dollar olan Parmigiani saatı var imiş. Ancaq sonradan FİFA-nın Etika Palatası qərar verib ki, saatların hamısı geri qaytarılmalıdır. Hətta bunun üçün oktyabrın 24-nə kimi vaxt qoyulub.
AzNews.az