Bayram günləri baş verən yol qəzalarında 8 nəfər ölüb

7 Oktyabr 2014 13:22 (UTC+04:00)


Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 4-dən 7-dək olan müddətdə respublikanın avtomobil yollarında 46 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 nəfər ölüb, 55 nəfər isə müxtəlif xəsarətlər alıb.