Çində dəhşətli zəlzələ

8 Oktyabr 2014 08:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, zəlzələ yerin 5 kilometr dərinliyində meydana gəlib.Yaralananlar Cinggu yaşayış məntəqəsində çoxluq təşkil edir. 56 min 880 nəfər ərazidən evakuasiya edilib.

Bu ilin avqust ayında Yunnan əyalətində baş verən 6.5 ballıq zəlzələdə isə 615 nəfər dünyasını dəyişmiş, 1 milyon insan zərər çəkmişdi. 2.4 min insanın isə yaralandığı deyilirdi. Həmin zəlzələdə 240 min insan evakuasiya edilmişdi.

Qeyd edək ki, 1970-ci ildə baş verən 7.7 ballıq zəlzələdən sonra bu, Çində baş verən ən şiddətli zəlzələdir.


Nərmin Məmmədli
AzNews.az